Marqarita (kokteyl)

Marqarita tekila, tripl-sek və təzə sıxılmış laym şirəsindən ibarət kokteyldir . Bəzi marqarita reseptlərinə sadə şərbət də daxildir və tez-tez stəkanın kənarında duz ilə verilir. Marqarita ya buzla çalxalanmış (viski stəkanı), buzsuz (uzunsov stəkan) və ya buzla qarışdırılmış (dondurulmuş marqarita) verilə bilər. Əksər barlar marqaritalara kokteyl stəkanı və ya marqarita stəkanı adlanan şampan stəkanının pilləli diametrli variantında servis edir. Marqarita dünyanın ən məşhur kokteyllərindən biridir və tekila əsaslı ən məşhur kokteyldir.

Dünyada ən çox içilən kokteyllərdən biri, tekila əsaslı kokteyllərin ən məşhur və tanınmışıdır. Turş dadına görə turş kokteyllər qrupuna aiddir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search